Tərəfdaş şirkətimiz üçün aşağıdakı tələblər üzrə Sistem Mühəndisi axtarırıq.
Əgər sən də beynəlxalq layihələrdə yer almaq, innovativ komandada işləmək və peşəkar səviyyəni daha da artırmaq istəyirsənsə bu fürsət sənin üçündür!
Səni nələr gözləyir?
Ən son texnologiyalarla real təcrübə;
Daim inkişaf üçün şərait;
Texnologiyanı sevən komanda.
Əsas vəzifələr
Microsoft xidmətlərinin idarə olunması: Active Directory, DNS, Exchange, O365, Group Policy;
PowerShell vasitəsilə proseslərin avtomatlaşdırılması (istifadəçi idarəçiliyi, monitorinq, hesabatlama, sistem dəstəyi);
Linux sistemlərinin idarə olunması, bash skriptlərinin yazılması (RHCSA/RHCE sertifikatı üstünlükdür);
Serverlər, şəbəkə xidmətləri, saxlama sistemləri (SAN/NAS), virtualizasiya klasterləri və backup həllərinin dəstəklənməsi;
Virtualizasiya platformaları ilə işləmək: VMware, Nutanix (sertifikatlar üstünlükdür);
Backup və bərpa həllərinin idarəsi: Veeam və ya Commvault;
Python ilə skriptlər və avtomatlaşdırma həllərinin hazırlanması (üstünlükdür);
İnsidentlərin araşdırılması, root cause analizi və problemlərin həlli;
Texniki sənədləşmələrin hazırlanması (arxitektura diaqramları, SOP, runbook, layihə hesabatları);
IT infrastruktur layihələrində dizayn, planlama, miqrasiya və optimizasiya işlərində iştirak;
Təhlükəsizlik, performans və uyğunluq (compliance) üzrə ən yaxşı təcrübələri tətbiq etmək.
Microsoft və Linux mühitində dərin bilik və praktiki təcrübə;
Virtualizasiya platformaları (VMware, Nutanix) üzrə biliklər;
Backup sistemləri (Veeam, Commvault) üzrə təcrübə;
PowerShell üzrə peşəkar skript yazma bacarığı, bash və Python bilikləri üstünlükdür;
SAN/NAS saxlama sistemlərinin idarəsi;
Analitik düşüncə, problem həll etmə və sənədləşdirmə bacarığı;
Komandada və müstəqil işləmə qabiliyyəti.
Üstünlük verilir;
RHCSA/RHCE, VMware, Nutanix, Veeam və oxşar beynəlxalq sertifikatlara.
Son tarix
September 19, 2025
Paylaşılıb
avqust 26, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr