Facility Management Group
Ana səhifə
/
/
/
Hüquqi təminat və komplayens üzrə aparıcı hüquqşünas

Hüquqi təminat və komplayens üzrə aparıcı hüquqşünas

15-09-2025

170

Təsvir

  • Şirkətin fəaliyyət istiqamətləri üzrə daxili tənzimləyici sənəd və müqavilə layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılması;
  • Daxil olan qərar, əmr, sərəncam, müqavilə, məktub və digər sənədlərin qanunvericiliyə və daxili normativ aktlara uyğunluğunun yoxlanılması, hüquqi rəy və təkliflərin hazırlanması;
  • Struktur bölmələrdən daxil olan yazılı və şifahi sorğulara cavab verilməsi, hüquqi dəstəyin göstərilməsi və metodiki köməklik;
  • Hüquqi təminat, təhlil və ekspertiza sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
  • Məhkəmə işlərinin təhlili, icmallaşdırılması və nəticələr barədə hesabatların təqdim edilməsi;
  • Komplayens prosedur və metodologiyaların hazırlanması, risklərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə nəzarətin həyata keçirilməsi;
  • Biznes və inzibati proseslər üzrə boşluqların və təkmilləşdirmə ehtiyaclarının müəyyən olunması, müvafiq təkliflərin hazırlanması;
  • Qanunvericilik dəyişikliklərinin izlənilməsi və biznes proseslərə təsiri barədə rəhbərliyin məlumatlandırılması;
  • İş planlarının (aylıq, rüblük, illik) hazırlanması və icrası;
  • Əməkdaşların tənzimləyici sənədlər üzrə məlumatlılığının artırılması, təlimlərin təşkili;
  • Müqavilə və digər sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və hesabatlılığın təmin edilməsi.


Tələblər

  • Hüquq, idarəetmə, uyğunluq və ya əlaqəli sahədə ali təhsil;
  • Komplayns sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının hüquqi bazası haqqında biliklər;
  • ISO 41001 və ya digər idarəetmə sistemləri üzrə biliklər üstünlükdür;
  • Analitik düşüncə, detallara diqqət və güclü təşkilati bacarıqlar;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • İngilis dili biliyi (arzuolunandır).


Nə təklif edirik?


  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları.


Vakansiya haqqında

Son tarix

October 30, 2025

Paylaşılıb

sentyabr 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq