İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Satınalmalar və təchizat üzrə baş mütəxəssis

Satınalmalar və təchizat üzrə baş mütəxəssis

Bu gün

3

Təsvir

  • Satınalma fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa, aidiyyəti normativ hüquqi aktlara və qurumun daxili prosedurlarına uyğun həyata keçirilməsini təmin etmək
  • Bazar araşdırmalarını aparmaq, potensial təchizatçılarla əlaqələrin qurulmasını təmin etmək, qiymət təhlilləri və müqayisələrini həyata keçirmək
  • Satınalma prosedurlarını qanunvericiliyin və daxili qaydaların tələblərinə uyğun həyata keçirmək
  • Satınalma müqavilələrinin layihələrini hazırlamaq və aidiyyəti struktur bölmələrlə razılaşdırılmasını təmin etmək
  • Satınalma müqavilələrinin qanunvericiliyə və müqavilə şərtlərinə uyğun icrasına müqavilə meneceri ilə birgə nəzarət etmək
  • Təchizat sifarişlərinin idarə olunmasını həyata keçirmək və satınalma proseslərinin fasiləsizliyini təmin etmək
  • Tələb olunan mal, iş və xidmətlərin daxili və xarici bazarda araşdırılması və təhlilini aparmaq
  • Satınalmalara dair məlumat bazasını formalaşdırmaq, satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq və təqdim etmək
  • Daxili və kənar audit yoxlamaları ilə bağlı proseslərdə iştirak etmək, aidiyyəti sənədlərin hazırlanmasını təmin etmək
  • İllik satınalma planının və satınalma büdcəsinin hazırlanması prosesində iştirak etmək
  • Şöbə əməkdaşlarına satınalma sənədlərinin hazırlanması və prosedurların icrası üzrə metodoloji dəstək göstərmək
  • Fəaliyyət prosesində xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri və rəhbərlik tərəfindən verilən tapşırıqları səlahiyyətləri çərçivəsində icra etmək

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Dövlət satınalmaları sahəsində iş təcrübəsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu və aidiyyəti normativ hüquqi aktları dərindən bilmək və praktik tətbiq etmək
  • E-tender portalında işləmək bacarığı
  • Satınalma prosedurlarının təşkili və idarə olunması üzrə biliklər
  • Müqavilələrin hazırlanması və müqavilələrin idarə olunması üzrə biliklər
  • Bazar araşdırması, qiymət təhlili və təchizatçı qiymətləndirməsi bacarığı
  • Satınalma planlaması, büdcələşdirmə və hesabatlılıq üzrə biliklər
  • Analitik düşünmə və problem həll etmə bacarığı

Vakansiya haqqında

Son tarix

June 18, 2026

Paylaşılıb

may 19, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə