MKT İK MMC
Ana səhifə
/
/
/
Elektrik (Beyləqan filialı)

Elektrik (Beyləqan filialı)

Dünən

273

Təsvir

  • Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək;
  • Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələri aşkar etmək və aradan qaldırmaq;
  • Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərini sökmək, sazlamaq və xidməti üzrə işləri yerinə yetirmək; 
  • Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin etmək üçün olaraq bütün enerji təsərrüfatını yoxlamaq və gündəlik olaraq Baş energetikə məruzə etmək;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat vermək;
  • Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət etmək;
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət etmək, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq;
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin etmək;
  • Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil etmək, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat vermək;
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra etmək;
  • Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra etmək;
  • Rəhbərliyin təyin etdiyi digər işləri icra etmək.

Tələblər

  • Təcrübə : Elektrik olaraq minimum 1-3 il iş təcrübəsi.
  • Texniki Bilikləri:
  • Elektrotexnikanın əsaslarını;
  • Elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini;
  • Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını;
  • Aşağı və yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını;
  • Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını;
  • Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini;
  • Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları;
  • Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini;
  • Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilməlidir.


Vakansiya haqqında

Son tarix

oktyabr 26, 2024

Paylaşılıb

sentyabr 27, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı