MKT İK MMC
Ana səhifə
/
/
/
Tərəzi operatoru (Beyləqan filialı 7-ci Oba PQM)

Tərəzi operatoru (Beyləqan filialı 7-ci Oba PQM)

Dünən

326

Təsvir


  • Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi. Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılmasının düzgünlüyünə nəzarət edilməsi;
  • Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
  • Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi;
  • Çəkilmiş yüklərin uçotunun aparılması;
  • Tərəzilərin çəkini düzgün göstərməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

Təhsil : Ali və ya orta ixtisas;

Təcrübə : 1 il;

Dil Bilikləri :Azərbaycan, İngilis dili –arzu olunan, Rus dili-arzu olunan;

Kompyuter bilikləri : Windows əməliyyat sistemi\MS Office proqramları bilikləri;

Texniki Bilikləri :

1. Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları;

2. Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını bilməlidir;

3. Çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilməlidir;

4. Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları bilməli;

Vakansiya haqqında

Son tarix

oktyabr 26, 2024

Paylaşılıb

sentyabr 27, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı