PASHA Bank

Baş Məhsul Sahibi

08-06-2024

1.8K

Təsvir

İşiniz nədən ibarətdir?


  • Xüsusi rəqəmsal məhsullar üçün məhsulun "backlog"nun yaradılması və prioritetləşdirilməsi;
  • Məhsul və biznes metriklərinin monitorinqi və bununla Bankın KPI-larına uyğun nəticələrə nail olunması;
  • Məhsulun yol xəritəsi və vizyonunun formalaşdırılması, təqdim edilməsi və komanda üzvlərinə çatdırılması;
  • Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçirilməsi üzrə dəqiqləşdirilmələrin aparılması, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rolun oynanılması;
  • Müştəriyə sürətli və müntəzəm biznes dəyəri yaradan məhsulların təqdim edilməsi üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rolun oynanılması;
  • Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs göstərilməsi və icrasına nəzarət edilməsi;
  • Digər Məhsul Sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatların bölüşülməsi və mümkün dəstəyin verilməsi şəraitində əməkdaşlıq edilməsi;
  • Komandadaxili işlərin gedişatı ilə bağlı birbaşa rəhbərlə şəffaf kommunikasiyanın aparılması;
  • Təşkilat daxilində həll yollarının asanlaşdırılması;
  • Məhsul strategiyasına uyğun həllərin prioritetləşdirılməsi və təqdim edilməsi üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq edilməsi;
  • Bazar araşdırmasının aparılması və məhsulun rəqabət qabiliyyətinin və istifadəsinin artırılması üçün imkanların müəyyənləşdirilməsi;
  • "Agile" mərasimlərinin keçirilməsi üçün "Agile Coach" ilə əməkdaşlığın edilməsi: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s.;
  • Texniki həllərin və onların müştərinin ehtiyaclarına necə dəstək göstərməsinin dərindən öyrənilməsi;
  • Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiyanın aparılması;
  • Maraqlı tərəflərə məhsul ilə bağlı təqdimatların təşkili, təlim materiallarının, broşurların və təlimatların hazırlanması;
  • Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması;
  • Birbaşa rəhbəri tərəfindən təyin edilmiş digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi;
  • Bankın Təşkilati risklərin idarəedilməsinə dair Siyasətinə əməl edilməsi;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirərək lazımi addımların atılması;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarımillik və illik hədəflərə çatılması.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: İqtisadiyyat və ya bənzər sahə üzrə Bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: Biznes və ya İT istiqamətində məhsul inkişafı üzrə 5 (beş) ildən artıq təcrübə;
  • Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (minimum “intermediate” səviyyəsində),
  • Digər tələblər:

- Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək, anlamaq və qərarları istiqamətləndirmək üçün həmin datadan istifadə edərək son məhsulu formalaşdırmaq bacarığı;

- Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı;

- Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, biznes bankçılığı (KOS, Korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayışa, eləcə də ekspert anlayışına malik olmaq;

-     Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.);

-        Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqlar;

-        "Agile" və ya "Design Thinking" üzrə biliklərə sahib olmaq;

-        Komandada işləmə, problemləri həlletmə və konfliktlərin idarəedilməsi bacarıqları.

Vakansiya haqqında

Son tarix

iyul 18, 2024

Paylaşılıb

iyun 8, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə