PASHA Bank
Ana səhifə
/
/
/
Maliyyə İdarəedilməsi departamentinin Mühasibatlıq və Vergi şöbəsinin Baş Mütəxəssisi

Maliyyə İdarəedilməsi departamentinin Mühasibatlıq və Vergi şöbəsinin Baş Mütəxəssisi

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

Bu gün

1.3K

Təsvir

İşiniz nədən ibarətdir?


  • Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması (Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq);
  • Maliyyə uçotu siyasətinin düzgün həyata keçirilməsi;
  • Vergi siyasətinə uyğun olaraq vergi hesabatlarının tətbiqi və düzgün icrası;
  • Mühasibat və vergi məsələləri üzrə metodik dəstək, mühasibat qaydalarının araşdırılması, biznes vahidlərinə müvafiq məsləhətlərin verilməsi;
  • Maliyyə dövrünün bağlanması vaxtını azaltmaq üçün prosesin təkmilləşdirilməsi və onun icrası;
  • Xarici auditorların illik audit və yarım illik İFRS hesabatının yoxlamasında dəstək edilməsi;
  • Bankın gəlir və xərclərinin düzgün və vaxtında tanınmasının təmin edilməsi;
  • Bütün audit yoxlamalarında iştirak, sorğuların cavablandırılması, tələb olunan məlumatın təqdim edilməsi;
  • İnsan səhvini azaltmaq üçün əl işlərinin avtomatlaşdırılması prosesində şöbə rəhbərini dəstəklənilməsi;
  • ERP sisteminin düzgün şəkildə tətbiqinə nəzarət;
  • Daxili müştərilərlə əlaqələrin qurulması.


Tələblər

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3-5 il;
  • Lisenziya / Sertifikat: ACCA /Dip İFRS/ arzu olunandır;
  • Xarici dillər: Rus, İngilis (yaxşı);
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Məhsul üzrə biliklər: Bank məhsulları;
  • Başqa tələblər: Vergi məcəlləsi (təməl biliklər), Mərkəzi Bankın tələbləri (orta səviyyədə).


Vakansiya haqqında

Son tarix

iyul 31, 2024

Paylaşılıb

iyul 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə