PMD Projects MMC
Ana səhifə
/
/
/
Mexanika üzrə texnik layihəçi

Mexanika üzrə texnik layihəçi

Bu gün

14

Təsvir

  • Mövcud mexaniki layihə çertyojlarını və texniki sənədləri analiz etmək;
  • İVK (HVAC), Su təchizatı və Kanalizasiya (Plumbing) və Yanğınsöndürmə (Fire Fighting) sistemləri üzrə İşçi Çertyojlar (Shop Drawing) hazırlamaq;
  • AutoCAD və/və ya Revit proqramlarında 2D/3D çertyojlar hazırlamaq;
  • Mexaniki avadanlıqlar, hava kanalları, boru xətləri, armatur və digər mexaniki elementlərin İşçi Çertyojlarını hazırlamaq;
  • Hava kanalları şəbəkəsi (Ductwork) və boru kəmərləri (Piping) planlarını layihə tələblərinə uyğun hazırlamaq;
  • Plan, kəsik və detal çertyojlarını hazırlamaq;
  • Mexaniki sistemlərin digər mühəndis-kommunikasiya (MEP) və memarlıq sistemləri ilə koordinasiyasını nəzərə almaq;
  • Mövcud layihə ilə İşçi Çertyoj arasında uyğunsuzluqları müəyyən etmək və layihə komandası ilə dəqiqləşdirmək;
  • Avadanlıq və materialların ölçülərini, bağlantı nöqtələrini və texniki məlumatlarını çertyojlara düzgün şəkildə daxil etmək;
  • İcra çertyojlarının (As-built) hazırlanmasında iştirak etmək;
  • Çertyojların layihə standartlarına və şirkətin çizim standartlarına uyğunluğunu təmin etmək;
  • Çertyoj düzəlişlərini (reviziya) idarə etmək və dəyişiklikləri düzgün əks etdirmək;
  • Layihə mühəndisləri və digər sahələrin çizimçiləri ilə koordinasiyada işləmək.

Tələblər

  • Mexanika, Mühəndis-Kommunikasiya Sistemləri, İVK (HVAC) və ya əlaqəli sahə üzrə texniki təhsil;
  • Minimum 3 il mexaniki çizim və ya mühəndis-kommunikasiya layihələrində iş təcrübəsi;
  • AutoCAD proqramında əla səviyyədə işləmə bacarığı;
  • Revit MEP biliyi üstünlükdür;
  • İVK, Su təchizatı və Kanalizasiya və Yanğınsöndürmə layihə çertyojlarını oxuma və anlama bacarığı;
  • İşçi Çertyojların (Shop Drawing) hazırlanması üzrə praktiki təcrübə;
  • Plan, kəsik (Section), görünüş (Elevation) və detal çertyojlarını düzgün hazırlamaq bacarığı;
  • Mühəndis sistemlərinin koordinasiyası prinsipləri haqqında əsas anlayış;
  • Texniki çertyoj standartları və ölçüləndirmə (dimensioning) qaydaları haqqında bilik;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Texniki sənədlərlə işləmək və detallara diqqət yetirmək bacarığı;
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

September 20, 2026

Paylaşılıb

avqust 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak