Prime Cotton
Ana səhifə
/
/
/
Baş laborant (Goranboy)

Baş laborant (Goranboy)

27-07-2025

244

Təsvir

  • Xam pambıq nümunələrinin laborator analizini həyata keçirir, nəmlik və zibillilik göstəricilərinin düzgün müəyyən olunmasına nəzarət edir;
  • Hazır məhsulların (mahlıc, tiftik və çiyid) keyfiyyət göstəricilərinin analizini həyata keçirir və nəticələri sənədləşdirir;
  • Laboratoriya avadanlıqlarının, cihaz və qurğuların təmiz və işlək vəziyyətdə saxlanılmasına nəzarət edir, onların gündəlik istifadəyə hazırlanmasını təmin edir;
  • Təlimat və metodik göstərişlərə uyğun olaraq cihaz və aparatların yoxlanılması, tənzimlənməsi və kalibrlənməsi işlərini həyata keçirir, eksperimentlərdə aktiv iştirak edir;
  • Xammal və məhsul analizlərinin nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və uyğun qaydada qeydiyyatını aparır;
  • Laboratoriya əməkdaşlarının işini koordinasiya edir, onlara metodik rəhbərlik edir və icra prosesinə nəzarət edir;
  • Müxtəlif tədqiqat və təcrübə işləri zamanı lazım olan bütün laborator analizləri yerinə yetirir, nəticələrin düzgünlüyünü təmin edir.

Tələblər

  • Rəhbər sənədlər, normativ-texniki qaydalar və sorğu materialları ilə işləmək bacarığına malik olmalı;
  • Müxtəlif analiz və laborator tədqiqat metodlarını dərindən bilməli və tətbiq etmə bacarığına sahib olmalı;
  • Texniki və metodik sənədlərin hazırlanma və işlənmə prinsiplərini bilməli;
  • Qüvvədə olan standartları, sənədlərin tərtibat və rəsmiləşdirilmə qaydalarını mükəmməl şəkildə bilməli;
  • Laboratoriya avadanlıqlarının və nəzarət-ölçü cihazlarının texniki xüsusiyyətlərini, istismar, sazlama və təhlükəsizlik qaydalarını yaxşı bilməli.

Vakansiya haqqında

Son tarix

August 26, 2025

Paylaşılıb

iyul 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı