Prime Cotton
Ana səhifə
/
/
/
Nəqliyyat mexaniki (Yevlax)

Nəqliyyat mexaniki (Yevlax)

27-07-2025

176

Təsvir

  • Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını, etibarlı işləməsini və saz vəziyyətdə saxlanılmasını təmin edir;
  • Kənd təsərrüfatı texnikası və nəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onların ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirir; nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılmasını təmin edir;
  • Yedək hissələrin düzgün və qənaətcil istifadəsinə nəzarət edir;
  • Təmir işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsinə, avadanlığın modernləşdirilməsinə texniki nəzarət həyata keçirir;
  • Köhnəlmiş avadanlıqları və ehtiyat hissələrini müəyyən edir, onların təmir və yenilənmə işlərini planlaşdırır;
  • Təmir prosesində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir;
  • Materialların və ehtiyat hissələrinin düzgün ölçü, növ və sayda müəyyənləşdirilməsini, təmin edilməsini və işin xüsusiyyətlərinə uyğunluğunun yoxlanılmasını həyata keçirir;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirir, qabaqlayıcı və nəzarət tədbirləri görür;
  • İş ərazisini işin tələblərinə və müvafiq qaydalara uyğun hazırlayır;
  • Təmir təlimat kitabçalarına istinad etməklə ehtiyac duyulan texniki məlumatları əldə edir və tətbiqini təmin edir;
  • Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədilə texniki xidmət və təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun müəyyənləşdirir;
  • Təmir işlərinin protokollaşdırılmasını düzgün şəkildə həyata keçirir, gələcək texniki qulluq üçün zəruri məlumatları müvafiq işçi heyətinə təqdim edir;
  • İşdən əvvəl tabeçiliyində olan işçiləri təlimatlandırır və təmir prosesinə hazırlayır;
  • Təmir işlərinin ardıcıllığını planlaşdırır;
  • Təmir üçün tələb olunan alət və avadanlıqların nasazlıq və istismar qüsurlarını yoxlayır;
  • İstifadə olunan materiallar və tətbiq olunan metodlar da daxil olmaqla texniki proseslərin qeydiyyatını aparır;
  • Görülmüş xidmətlə bağlı hesabatı rəhbərliyə təqdim edir;

Tələblər

Təhsil:

  • Ali təhsil (müvafiq texniki və ya mühəndislik sahələri üzrə);

Təcrübə:

  • Müvafiq və ya oxşar sahədə minimum 2 illik iş təcrübəsi;

Peşəkar bilik və bacarıqlar:

  • Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimləri, istismar qaydaları və təmir metodları barədə mükəmməl biliklərə malik olmalı;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və normaları bilməli və əməl etməlidir;
  • Təmir və texniki xidmət üzrə normativ sənədlərlə işləmək bacarığına malik olmalı;

Əlavə tələblər:

  • Etibarlı sürücülük vəsiqəsinə malik olmalı;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Analitik düşüncə, liderlik, məntiqi yanaşma, komanda ilə işləmə və qərarvermə bacarıqlarına sahib olmalı.

Vakansiya haqqında

Son tarix

August 26, 2025

Paylaşılıb

iyul 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı