Əkin öncəsi torpağın seçilməsi və hər hektara düşən məhsuldarlıq normasının müəyyənləşdirilməsi;
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və torpağın münbitliyini yaxşılaşdırmaq məqsədilə aqro-texniki tədbirlərin planlaşdırılması və icrası;
Alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmin olunması və su itkisini minimuma endirmək üçün lazımi tədbirlərin görülməsi;
Torpağın kimyəvi analizi əsasında bitkinin inkişaf mərhələlərinə uyğun gübrələmə və yemləmə proqramlarının hazırlanması;
Bitkinin bioloji yetişkənlik dövrünün izlənilməsi, xəstəlik və zərərvericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirlərində iştirak;
Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uyğun toxum növlərinin və səpin müddətinin düzgün müəyyənləşdirilməsi;
Gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması və həyata keçirilməsində dəstək göstərilməsi;
Bitkinin vegetativ inkişafına uyğun kultivasiya və yemləmə tədbirlərinin planlaşdırılması və yerinə yetirilməsi;
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə bağlı təkliflər vermək və tədbirlərin tətbiqində iştirak;
Torpağın əkinə vaxtında hazırlanması, məhsulun becərilməsi və yığım prosesinin təşkili;
Gündəlik işlərin və həyata keçirilən aqro-texniki tədbirlərin hesabatlılığının təmin edilməsi.
Tələblər
Təhsil:
Ali və ya orta-ixtisas təhsili (Kənd təsərrüfatı, aqronomiya və ya əlaqəli ixtisas üzrə)
Təcrübə:
Təcrübə tələb olunmur; bu sahədə çalışmaq istəyən tələbələr və yeni məzunlar üçün nəzərdə tutulur
Dil bilikləri:
Azərbaycan dili – sərbəst yazı və danışıq bacarığı
Kompüter bilikləri:
MS Office proqramlarında işləmə bacarığı olması (xüsusilə Excel və Word)
Texniki və sahə bilikləri:
Aqrotexniki tədbirlərin əsasları barədə ilkin biliklər;
Xəstəlik və zərərvericilərlə mübarizə üzrə nəzəri məlumatlar;
Torpaq növlərinə və əkin texnologiyalarına dair anlayışlar;
Pambıqçılıq üzrə nəzəri və praktiki biliklərin olması;
Ekoloji, suvarma və torpaq mühafizəsi üzrə ümumi təlimatların anlaşılması.
Təklif edirik:
Sahə şəraitində praktiki təcrübə qazanmaq imkanı;
Təcrübəli aqronomların rəhbərliyi altında peşəkar bilik və bacarıqların inkişafı;
Yaxşı nəticə göstərən iştirakçılar üçün uzunmüddətli əməkdaşlıq imkanı və karyera yüksəlişi;