"VİP Xidmətlər Qrupu" MMC

İnventar üzrə mütəxəssis

Bu gün

130

Təsvir

Vəzifə öhdəlikləri


·        Əsas vəsaitlərin, mal-material və digər qiymətlilərin müvafiq qaydada uçotun aparılması, saxlanılması və qorunması, bərpa olunması və istifadəsi mümkün olmayan qiymətlilərin balansdan silinməsi üçün müvafiq aktların hazırlanmasını və aidiyyatı üzrə təqdim edilməsini təmin etmək;

·        İstehsalatın tələbatı və rəhbərlik tərəfindən təsdiqlənmiş minimal stoku nəzərə alaraq tələb olunan malların sifarişlərini hazırlamaq, razılaşdırmaq və müvafiq şöbəyə göndərmək;

·        Ekspeditor tərəfindən qəbul olunmuş malları anbarda qəbul etmək;

·        Alınmış məhsulun və ya göstərilmiş xidmətin xüsusiyyətlərinin onunla müşayiət olunan sənədlərdəki məlumatlarla tam eyni olmasını (qaimə fakutra, pasportlar, istismar üzrə instruksiyalar, texniki spesifikasiyalar, uyğunluq sertifikatı, məhsulun keyfiyyəti üzrə sertifikatları) yoxlamaq;

·        Əsas vəsaitlər və digər qiymətlilərə mütamadi olaraq baxışının keçirilməsini təmin etmək

·        Şirkətin istehsalat və digər sahələrindəki yumşaq mebellərin, xalçaların və digər tekstil məhsullarının vəziyyətinə nəzarət etmək, təmiz və səliqəli vəziyyətdə saxlanılması və vaxtında təmir olunması üçün zəruri tədbirlər görmək;

·        Ehtiyatların xarab olması, itkilərin qarşısının alınması və qorunmasını təmin etmək;

·        Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərini hazırlamaq və onların uçotunu aparmaq.



Əmək şəraiti:

 

·     Əmək haqqı: 900 AZN (gross);

·     İş rejimi: 5 günlük (09:00-18:00);

·     İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;

·     Nəqliyyat və naharla təmin etmə.

Tələblər

·      Ali təhsil;

·      Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

·      MS Office proqramlarından istifadə;

·      A2-B1 səviyyəsində rus və ingilis dilini bilmək;

·      Komandada işləmək bacarığı;

·      Diqqətlilik və məsuliyyətlilik.

Vakansiya haqqında

Son tarix

April 29, 2025

Paylaşılıb

aprel 22, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

900 - AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə