Bu gün
49
Şirkət: “Zəfər Bağları” MMC
Vakansiya: İnsan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssis
Namizədə dair tələblər:
Texniki bacarıqlar
· Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı)
· Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə mükəmməl biliklər
· Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)
· 1C 8.3 üzrə biliklər
Yumşaq bacarıqlar
· Təşəbbüskarlıq,
· Detallara diqqət və komandada işləmə bacarığı.
· Məsuliyyətli
· Operativ və nəticəyönümlü olmalı
Xüsusi tələblər:
· Ali təhsil (İnsan Resursları İdarəçiliyi, Hüquq, Menecment və ya əlaqəli sahələr üzrə)
· İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2-3 il
· Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər, Gəncə, Mingəçevir və.s) olan namizədlərə üstünlük veriləcəkdir.
Əsas vəzifə öhdəlikləri:
· İşə qəbul, onlayn əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi proseslərinin Əmək Məcəlləsinə uyğun icrası;
· Əmək qanunvericiliyi və daxili prosedurlara uyğun İnsan Resursları sənədlərinin düzgün və vaxtında hazırlanması;
· Əmək intizamının təmin olunması və tənbeh tədbirlərinin qanunvericiliyə əsasən sənədləşdirilməsi;
· İşçilərin vəzifə dəyişikliyi, ixtisar və digər kadr dəyişikliklərinin qanunvericiliyə uyğun təşkili və sənədləşdirilməsi;
· Avtomatlaşdırılmış sistem üzərindən əmək haqqı hesablanmasının icrası
· Ofis daxilində inzibati və təsərrüfat işlərinin təşkili, dəftərxana və təminat məsələlərinə nəzarət;
İş şərtləri:
· İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
· Nahar şirkət tərəfindən təmin edilir
· Xankəndi və ya Bərdə şəhərində yaşayış yeri şirkət tərəfində təmin edilir
· İş yeri: Ağdam rayonu
· Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
Son tarix
October 17, 2025
Paylaşılıb
sentyabr 18, 2025
Vakansiya növü
Tam ştat