MKT İK MMC

Baş Mühəndis

20-09-2024

153

Təsvir

  • Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən etmək;
  • İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin etmək;
  • Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil etmək;
  • Texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət etmək;
  • Buraxılan məhsulun assortimentinin yaxşılaşdırılması, yeniləşməsi, prinsipcə yeni növ məhsul, texnika və texnologiya yaradılması, istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işləri təşkil etmək;
  • Müəssisənin emal sahəsinə, müəssisə ərazisində işləyən bütün avadanlıq və aqreqatların işləməsinə tam rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlamaq;
  • Müəssisənin tədarük və emal proseslərinin ardıcıllığının pozulmamasını təmin etmək;
  • Təmir dövründə bütün avadanlıqların işlək olmasını yoxlamaq;
  • Texniki sənədləşmənin vaxtında həyata keçirilməsini təmin etmək;
  • Növbə işinin təşkil edilməsini, növbə işçilərinin intizam qaydalarına nəzarət etməyi və SƏTƏM qaydalarına uyğun işləmələrinə nəzarət etmək;
  • Tabeliyində olan işçilərin seçimində iştirak etmək;
  • İstehsalat proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsini həyata keçirmək;
  • Müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və başqa qaydaların pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə məsuliyyət daşımaq;
  • İşlədiyi sahəyə aid olan yuxarı təşkilatların qərar, göstəriş, əmrlərini və digər rəhbər sənədlərin icrasına məsul olmaq;
  • Normativ sənədlərini vaxtında hazırlanmaq;
  • Emal və təmir prosesində lazım olan ehtiyyat hissələrinin müəyyənləşdirilməsinə, onların sifarişinin planlaşdırılmasına, sifariş verilməsinə və onların istifadə edilməsinə məsuliyyət daşımaq;
  • Daxili intizam,yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
  • Müəssisənin fəaliyyətinə,işçilərinə və digər şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası,yanğına qarşı və başqa qaydaların pozulmasının aradan qaldırılması üzrə,rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla,operativ tədbirlər həyata keçirilməsinə məsul olmaq;
  • Lazımı sənədlərin düzgün və vaxtında hazırlanmasından məsul olmaq;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirmək.

Tələblər

Təhsil: Ali-texniki və ya mühəndis-texniki təhsil

Təcrübə: 5 il

Dil Bilikləri: Azərbaycan dili

Kompyuter bilikləri: MS Office və digər xüsusi proqram bilikləri

Texniki Bilikləri:

1.     Müəssisənin ixtisas və spesifik xüsusiyyətlərini;

2.     Məhsul istehsalının texnologiyasını;

3.     Təsərrüfatçılıq və idarəetmə metodlarını;

4.     İstehsalın və idarəetmənin əsaslarını;

5.     Əməyin, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;

6.     Təşkilatda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları;

7.     Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarıqları;

8.     Texnoloji avadanlıqların iş prinsiplərini bilməlidir.

Vakansiya haqqında

Son tarix

oktyabr 19, 2024

Paylaşılıb

sentyabr 20, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı