MKT İK MMC
Ana səhifə
/
/
/
Tələbə aqronom(Sabirabad)

Tələbə aqronom(Sabirabad)

  • MKT İK MMC
  • SABİRABAD RAYON AXTAÇI, MUĞAN KƏNDİ, Sabirabad 5412, Azərbaycan
  • Daimi

20-09-2024

146

Təsvir

  • Zərərvericilərə qarşı dərmanları seçmək;
  • Meliorasiya, habelə torpaqların məhsuldarlığını yüksəltməyin yollarını tövsiyyə etmək;
  • Əkində istifadə olunacaq yeni məhsuldar xəstəliyə, susuzluğa davamlı sortlar haqqında fermerləri məlumatlandırmaq və onların istəyinidə nəzərə almaqla seçim etmək.
  • Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasının müəyyən edilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
  • Aqro-texniki tədbirlərin həyata keçirilməsi, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisini azaltmaq;
  • Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
  • Bitkinin bioloji yetişkənlik dövrünün müəyyən edilməsi, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirlər görmək;
  • Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkil edilməsi, iş normalarının yerinə yetirmək;
  • Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
  • Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramları hazırlamaq;
  • Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflərin irəli sürülməsi, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
  • Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
  • Həyata keçirilən işlərin hesabatlılığını aparmaq.


Tələblər

Təhsil: Ali (aqronom ixtisası üzrə)

Təcrübə: Müvafiq sahədə minimum 10 il iş təcrübəsi

Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dili arzuolunandır

Texniki biliklər:

  • MS Office (Word, Excel);
  •  Müvafiq icra hakimiyyəti orqanlarının bitkiçilik sahələrinin inkişafı barədə qərar və sərəncamları;
  • Normativ-hüquqi aktlarını bazar iqtisadiyyatı şəraitində məhsulların istehsalı və satışı ilə əlaqədar olan marketinq qaydaları;
  • Təsərrüfatın təbii-iqtisadi şəraitinə uyğun ixtisaslaşma və təmərküzləşmə prinsipləri;
  • Təsərrüfatın nizamnaməsini, aqrotexniki tədbirlər barədə bütün təlimatlar;
  • Karantin xarakterli alaqların, xəstəlik və zərərvericilərin yayılmasının qarşısının alınması;
  • Texniki təhlükəsizlik və yanğına qarşı mübarizə tədbirləri;
  • Bitkilərin becərilməsini, suvarılmasını, texnoloji işlər;
  • Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki məslələr.

Vakansiya haqqında

Son tarix

oktyabr 19, 2024

Paylaşılıb

sentyabr 20, 2024

Vakansiya növü

Daimi

Əmək haqqı

500 - 700 AZN

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı