MKT İK MMC

Tələbə aqronom

06-03-2024

522

Bağlanılıb

Təsvir

  • Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasının müəyyən edilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlərin görülməsi;
  • Aqro-texniki tədbirlərin həyata keçirilməsi, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaldılması;
  • Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən edilməsi;
  • Bitkinin bioloji yetişkənlik dövrünün müəyyən edilməsi, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirlərinin görülməsi;
  • Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkil edilməsi, iş normalarının yerinə yetirilməsi;
  • Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən edilməsi;
  • Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması;
  • Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl edilməsi;
  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflərin irəli sürülməsi, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak edilməsi;
  • Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasının təmin edilməsi;
  • Həyata keçirilən işlərin hesabatlılığının aparılması.


Tələblər

  • Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
  • Müvafiq sahə üzrə təhsil;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
  • Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
  • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.


Vakansiya haqqında

Son tarix

aprel 15, 2024

Paylaşılıb

mart 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı