Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
İnformasiya sistemlərinin mühafizəsi üzrə Qrup rəhbəri

İnformasiya sistemlərinin mühafizəsi üzrə Qrup rəhbəri

Dünən

109

Təsvir

  • Next Gen firewall-larının düzgün işləməsini təmin etmək;
  • Email təhlükəsizlik sistemlərinin (Email Security Gateway) effektivliyini təmin etmək və təhdidlərin qarşısını almaq;
  • PCI DSS standartlarına uyğunluğun təmin edilməsi və audit proseslərində iştirak etməsi;
  • SIEM həlləri vasitəsilə təhlükəsizlik hadisələrinin monitorinqi və analizin aparılmasında iştirak etməsi;
  • EDR vasitəsilə son nöqtələrin qorunmasının təşkili və zərərvericilərin aşkar edilməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin cavablandırılması və həll edilməsi proseslərinin qurulması;
  • İnzidentləri minimal risklə həll etmək və təşkilatın davamlılığını təmin etmək;
  • Təcili vəziyyətlərdə komanda üzvlərinin fəaliyyətini koordinasiya etmək və cavab planlarını tətbiq etmək;
  • Təşkilat daxilində mövcud və potensial təhlükəsizlik zəifliklərinin analiz edilməsi və risklərin qiymətləndirilməsi prosessində iştirak etmək;
  • İnformasiya təhlükəsizliyi komandası üzvlərinin inkişafını təmin etmək, təlimlər və təcrübə mübadiləsi təşviq etmək;
  • Təhlükəsizlik siyasət və prosedurlarının tətbiqini idarə etmək və uyğunluq tələb edən bütün normativ sənədləri yerinə yetirmək;
  • Komanda işini effektiv planlaşdırmaq və tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirilməsini təmin etmək;
  • Təhlükəsizlik vəziyyəti haqqında hesabatlar təqdim etmək;
  • İnformasiya sistemlərində risklərin vəziyyətini daim izləmək və müntəzəm hesabatlar hazırlamaq.

Tələblər

  • İnformasiya təhlükəsizliyi, kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahədə ali təhsil;
  • NextGen firewall, Email təhlükəsizlik sistemləri, SIEM və EDR sistemləri üzrə ən azı 4 illik iş təcrübəsi;
  • NetGen firewall-larının konfiqurasiyası və idarə edilməsi;
  • Email təhlükəsizlik həllərinin tətbiqi və idarə edilməsi (anti-spam, anti-phishing texnologiyaları);
  • SIEM həllərinin tətbiqi və təhlükəsizlik hadisələrinin təhlili;
  • EDR həlləri ilə endpoint təhlükəsizliyinin təmin edilməsi;
  • CISM, CISSP, CEH, SİEM üzrə və ya digər müvafiq təhlükəsizlik sertifikatları üstünlükdür;
  • Təhlükəsizlik komandalarının idarə edilməsi və fəaliyyətlərinin təşkilində təcrübə;
  • Təhlükəsizlik risklərinin qiymətləndirilməsi və analizi, müntəzəm hesabatların hazırlanması.

Vakansiya haqqında

Son tarix

noyabr 13, 2024

Paylaşılıb

oktyabr 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər